Yol qəzaları qarşısını necə almaq olar? - NƏQLİYYAT ÜZRƏ EKSPERT AÇIQLADI

"Yol nəqliyyat hadisələri ümumiyyətlə bir sistemdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Bu sistem SAYM sistemi adlanır. Bu sistemdən biri öz funksiyasını yerinə yetirməssə dərhal yol nəqliyyat hadisəsi baş verə bilər. Bu halların olmaması üçün sürücü ayıq sayıq olmalıdır, avtomobil müxtəlif standartlara cavab verməlidir. Bu prosseslərdən biri olmazsa yol nəqliyyat hadisəsi baş verəcəkdir. Hadisələrə biz statiskalarla müşahidə etsək o zaman görərik ki, burada nə problem avtomobillərlə nədə başqa bir şeylə deyil məhz hadisələr sürücülərlə bağlıdır. Yəni sürücülərin yol hərəkəti haqqında qanunlardan düzgün bilməməsindən yaranan problemlərdir. Avtomobil və digər nəqliyyat vasitələrini düzgün sürə bilməmələrindən irəli gələn problemlərdəndir. Bundan da əlavə yol hərəkəti qaydalarına əməl etməməsi, qaydalarla etinasız yanaşması hadisələrin yaranmasına gətirib çıxardır. Buna misal olaraq demək olar ki, sürətli yoldur, sürücü maşını yolun sağ istiqamətinə çəkərək maşını arxa-arxaya verir və bu zamanda qəza baş verə bilir. Başqa bir misal olaraqda sürücü sağ siqnalı yandırıb, sola və yaxud geriyə dönərək qəza şəraiti yaradır. Amma qəzaların hamısınıda sürücülərin üzərinədə atmaq olmaz. Buradan belə bir nəticəyə gəlsək bəzi məqamlarda sürücü də haqlı vəziyyətində ola bilər. Bəs nədir bu məqam? Məsələn işıqlandırılmayan yollar var bu zaman bu yollarda bir növ piyadalar məsuliyyətli olmalıdır. Çünki nə qədər normal sürətdə gələn maşın olsa belə sürücünün yolu görməmə buna yol korluğuda deyilir, ondan asılı olaraq yolu görməyə bilər. Bu zaman bir mənalı olaraq bunu sürücülərin üzərinə atmaq olmaz. İşıqlandırılayan yollar ki, var o yollarda qəzalar qaçınılmaz olur. Bundan da bir başa olmasada dolayısıyla piyadalar hadisəyə cavab verməlidir. Yəni piyadalarımızında bizim yol hərəkəti qaydalarını özlərinə düşən hissəsini bilməlidirlər və o qaydalara əməl etməlidirlər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə