Tanınmışlar xanımları təbrik etdi: "Qadınları anlatmağa ömür yetməz!"

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. SİA-nın məlumatına görə, şou-biznesin tanınmış simaları sosial şəbəkədə bununla bağlı paylaşım edərək, xanımlara təbrik ünvanlayıblar.

Xalq artisti Mələkxanım Eyyubova: "Əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Günümüz mübarək olsun. Hər zaman sevib-sevilək! Üzümüzdən gülüş, təbəssüm, sevinc heç zaman əskik olmasın!"

Xalq artisti Aygün Kazımova: "Bir gün yox, hər gün sonsuz sevgi diləyirəm. Gözəl Azərbaycan xanımları, əziz analar, bayramınız mübarək".

Xalq artisti Zülfiyyə Xanbabayeva: "Qadınları anlatmağa kəlmələr, anlamağa da ömür yetməz! Dünyaya insan gətirən, cana can verən, güclü, zərif, gözəlliyin özü qadınlar, günümüz mübarək".

Xalq artisti Faiq Ağayev: "Əziz xanımlar, ömrünüz gül tək ətirli olsun. Bu həyatda sığal görün, sevin və sevilin".

Müğənni Gülay Zeynallı: "Əziz xanımlar, sizə ilk növbədə Allahdan can sağlığı, xoşbəxtlik arzu edirəm. Biz xoşbəxtliyə layiqik. Analarımızın əllərindən, gənc qızların üzündən, körpələrin gözündən öpürəm. Gözəl xanımlar, sizi sevirəm".

Müğənni Zamiq Hüseynov: "Allah bütün qadınları gözəl yaradıb. Hər bir qadının xoşbəxt olmaq haqqıdır. Heç bir qadın ağlamasın. Yalnız sevincdən ağlasın. Allah bütün qadınları xoşbəxt etsin, həmişə onların üzü gülsün, ana olsunlar. Onlar bizim analarımız, bacılarımız, övladlarımız və həyat yoldaşlarımızdır. Əziz xanımlar, nə yaxşı ki, varsınız. Sizi ürəkdən təbrik edirəm, bayramınız mübarək".

Aşıq Samirə Əliyeva: "Daim bayram əhval-ruhiyyəsində, xoşbəxt olaq və bütün bunları sağlam canla yaşayaq. Əziz xanımlar, 8 mart bayramınız mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...