"Sizə əlaqəsi olmayan məsələlərə burnunuzu soxub, qəlb sındırmayın" - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə hər kəsin diqqətini cəlb edəcək paylaşım edib. SİA-nın məlumatına görə, ifaçı ilginc sözlər yazıb: "Təbiət öz qucağını necə də gözəl təmizlədi: pis insanlardan, şərdən, böhtandan, günahsız insanları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib, ətrafa pislik yayanlardan. Allah öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bomboş. Təbiət bir az nəfəs almaq istəyir. Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər.

Əslində sonuncu cümləni yazmamalı idim. Amma anladım ki, qəlbi qara insanlar az deyil. Görün səviyyəmiz hansı təbəqəyə enib ki, sözlərimi ölənlərə şamil etdiyimi düşünən beyinlər var.

Ümid edirəm ki, bu sınaq bəzi insanların ağlını başına toplayar. Dünyada ən bahalı istirahət mərkəzləri də boş qalıb. Allah mesaj yollayıb... Buradakı bəzi rəylərə baxın, ağzı olan danışır. Ölüm haqqdır. Onun bizi hara aparacağını heç kim bilmir".

Sənətçi əmisi oğlu, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişəndən sonra bayram çəkilişlərinə qatıldığı üçün onu qınayanlara cavab verib: "Bu yaxınlarda aparıcılar Nanə Ağamalıyevanın və Zaur Kamalın idarə etdiyi verilişlər yayımlandı. Martın əvvəlində çəkilən proqramlar idi. Bayram çəkilişlərinə gedəndə, əmim oğlu sağ idi, müalicə alırdı. Mən də yanına gedib-gəlirdim. Sağalacağına ümid edirdik. Həmin konsertlər televiziyada göstərilən gün sosial şəbəkədə bəzilərinin rəylərini gördüm. Amma halbu ki, həmin proqramlar əvvəlcədən çəkildiyini yazmışdı. Buna baxmayaraq, Allahdan qorxmadan nələr yazırdılar. Qəlbi qara yazıqlar... Əmim oğlunu müzakirəyə qoyub, ağızlarının mikrobunu tökmüşdülər. Guya, onu məndən çox istəyirdilər".

B.Dadaşova açıq-saçıq geyimlərini qınayanları da tənqid edib: "Lap çılpaq da gəzsəm, heç kimin həyatına, taleyinə təsiri olmaz. Amma siz yaxından, uzaqdan əlaqəsi olmayan şeylərə burnunuzu soxub, qəlb sındırmayın. Böyük günahdır. Bu geyimdən bəhs edənlərin çoxlarının yaxınları bağlı geyimdə qudası ilə qoşulub qaçanlar, öz ərinin qohumları ilə sevişənlər və daha nələr-nələr edənlərdir... Geyimə, zövqə rişğənd edənlər əsasən cəmiyyətin ən aşağı pilləsində duranlar olur. Onların dünya görüşü ən dar çərçivədədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...