Məşhur rok qrupunun vokalisti vəfat etdi

"The Alarm" rok qrupunun vokalisti, Britaniya imperiyası ordeninin kavaleri Maky Miters həyatının 67-ci ilində leykoz xəstəliyindən vəfat edib. SİA xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Piters və onun həyat yoldaşının təsis etdiyi “Love Hope Strength” xeyriyyə təşkilatının nümayəndəsinə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, musiqiçiyə otuz ildən çox əvvəl xroniki limfositar leykemiya (XLL) diaqnozu qoyulub. Keçən il Piters, XLL-ni daha aqressiv edən Rixter sindromu diaqnozu qoyulduqdan sonra ABŞ turunu ləğv etmək məcburiyyətində qalıb. Daha sonra Mançesterdəki "Christie NHS Foundation Trust"da müalicə alıb.

Mayk Piters 25 fevral 1959-cu ildə Prestatyn şəhərində (Birləşmiş Krallıq) anadan olub. O, 1980-ci illərin əvvəllərində "The Alarm" qrupunda iştirakı və "The Stand", "68 Guns" və "Strength" kimi bəstələrin buraxılması sayəsində şöhrət qazanıb.

Qrup dəfələrlə "U2" və "Status Quo" kimi məşhur ifaçılarla eyni səhnədə çıxış edib, həmçinin Londondakı Uembli Stadionunda "Queen" konsertində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə