İran dövlətinin təxribatları nə zaman sonlanacaq? - HƏRBİ-ESKPERT DANIŞDI

“İranın Rusiyanın Qərbdə apardığı müharibədən istifadə edərək Cənubi Qafqazda üstünlük əldə etmək istəyi göz önündədir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Hərbi-ekspert qeyd edib ki, onların istəkləri tam şəkildə bəllidir. İran maksimum şəkildə baş verən proseslərdən bəhrələnməyə çalışır: “Lakin təlimlərin keçirilməsi və Ermənistana dəstək nümayişi də göz önündədir. Təbii ki buradan sual doğur ki, nəyə görə Azərbaycan? Faktiki olaraq Cənubi Qafqazda Rusiya ilə siyasi, iqtisadi, hərbi-texniki münasibətlərdə olan ölkə Azərbaycan Respublikasıdır və ölkəmizin Cənubi Qafqazda üstün mövqeyə malik olması İranın Azərbaycana qarşı çıxmasına səbəb olur.

İran Azərbaycanın üstünə gəlməklə müəyyən dividentlər qazanmağa çalışır. Burada Zəngəzur dəhlizi də mühüm rol oynayır. Azərbaycan hər zaman İranla qonşuluq siyasətinə riayət edib. Lakin İranın qeyri-adekvat reaksiyasının arxasında təbii ki, Cənubi Qafqazda üstünlük əldə etmək niyyəti dayanır. İsrail ilə əməkdaşlıq etməkdə Azərbaycanı ittiham etməkləri də təxribat xarakteri daşıyır. İran dövləti Vətən müharibəsindən sonra regionda müəyyən qədər oyunçu sahibi olmaq istəyir. Lakin bölgənin müəyyən oyunçuları var. Bu Rusiya, ABŞ və Türkiyə dövlətidir. İran-Azərbaycan münasibətlərində gərginliyə səbəb olan tərəflərdən biri də Ermənistandır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə