"Yerli idarəetmənin yeni modeli yaradılır" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Yerli idarəetmənin yeni modeli yaradılır" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Azərbaycan ordusu 30 illik həsrətdən sonra Ali Baş Komandanın əmrinə sadiq qalaraq igid əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin ediblər". SİA xəbər verir ki bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli" mövzusunda keçirilən qələbənin ikinci ildönümü- Zəfər Gününə həsr olunan konfransda deyib.

Qurum rəsmisi bildirib ki, hazırda yeni idarəçilik modeli əsasında dağıdılmış ərazilərimiz yenidən qurulur: "Böyük qələbənin davamı olaraq Qarabağımızda yenidən qurma, inkişaf və böyük qayıdışl bağlı proseslər davam etdirilir. Qarabağ Azərbaycanın tarixi, mədəni, strateji ərazisidir. Dövlət başçısının tapşırığına əsasən Qarabağ torpaqlarında yenidən qurma işləri aparılır. İşğaldan azad olunmuş ərazilərimizin turizm imknlarından və zənginliklərindən istifadə edilməsi əsas prioritet məsələdir. Həmçinin işğaldan azad edilən ərazilərimizdə yerli idarə etmənin yeni modeli formalaşdırılır. Bütün proseslərdə dövlət qurumlarının hər biri paralel olaraq çalışması mühüm bir məsələdir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yeni idarəetmə sistemi yaradılacaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə