Cəbrayılın Mehdili kəndində mülki şəxs minaya düşüb - SƏDRDƏN AÇIQLAMA
"Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mülki şəxs minaya düşərək xəsarət alıb. Əgər biz piyadalar əleyhinə minaların basdırılmasının beynəlxalq hüquqa zidd olması barədə danışsaq, bəli, baş verən bu hadisə konvensiyalara ziddir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu halın yaşanması Cenevrə Konversiyasının pozulması deməkdir: "Ermənistan dövləti birinci dəfə deyil ki, qadağan olunmuş silah-sursatdan istifadə edir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı Ermənistan kasetli bombalardan istifadə edib. Kasetli bombalardan istifadə olunması beynəlxalq hüquqi normaların pozulması deməkdir. Bu cür halların yaşanması beynəlxlaq hüququn pozulması ilə yanaşı insan hüquqlarınında da pozulması deməkdir. Ermənistan tərəfinin bu cür minalardan istifadə etməsi məcburi köçkünlərimizin hərəkət azadlığının məhdudlaşdırılması ilə nəticələnir. Sırf buna görə də Ermənistan Respublikası törətdiyi cinayətlərə Beynəlxalq Ədalət Məhkəməsində, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsində məsuliyyətə cəlb olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB