"Böyük Qayıdış proqramın mühüm tərkib hissəsidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Böyük Qayıdış proqramın mühüm tərkib hissəsidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov qeyd edib.

Qurum rəsmisi bildirib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub: "Məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas sütunlarından biridir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə