Ermənistan təxribatları nə zaman sonlanacaq? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan heç şübhəsiz ki, bütün dünyada barış ölkəsi kimi tanınır. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra da BMT-nin 4 qətnaməsini yerinə yetirdi və bölgədə sülhün, eyni zamanda əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etdi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, regionda sülhün bərqərar olması üçün Gürcüstan-Ermənistan-Azərbaycan dövlətləri arasında müəyyən platformalar yaranmalı, eyni zamanda bu platforma çərçivəsində qonşu dövlətlərin maraqları nəzərə alınmaqla 3+3 formatında danışıqların aparılması nəzərdə tutulurdu: “Biz bu fikirlərin hər biri ilə razılaşmışdıq. Avropa dövlətlərinin ayrı-ayrı maraqları və enerji təhlükəsizliyi nəzərə alınaraq logistik məkana çevrilən Azərbaycan hətta bölgədə sülhü yaratmaq üçün Avropa ilə Asiyanın birləşməsi prosesində qonşu dövlətlərin iştirakını təmin etmək üçün öz niyyətini ortaya qoyur. Bütünlükdə Azərbaycan öz tərəfindən sülhün bərqərar olması üçün bütün vasitələrdən istifadə edir.
Bu günlərdə artıq Soçidə dövlət baçısı İlham Əliyev öz mövqeyini açıq şəkildə bildirərək, Qarabağ məsələsinin artıq bitdiyini qeyd etdi. Prezident bildirdi ki, barışığa nail olmaq üçün müəyyən işlərin görülməli olduğu, eyni zamanda bunun üçün də Rusiya dövlətinin fəaliyyətinə ümid bəslədiyini bildirdi. Təbii ki, Qarabağ müharibəsinin bitdiyini Ermənistan tərəfi də qəbul etməlidir. Lakin onlarında bunu anlayıb, qəbul etməsi üçün regionda bu məsələyə dair maraqlı olan dövlətlər Qarabağda münaqişənin tamamilə həll olunmaması üçün bir çox problemlər törədirlər. Qafqazda sülhün yaranması və Ermənistanın təxribatlarının son verilməsi üçün bir sıra dövlət öz əməllərindən əl çəkməlidirlər. Azərbaycan Türkiyə dövləti ilə müttəfiq olaraq regionda sülhün təmin olunması üçün əlindən gələni edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB