"Ermənilərin Azərbaycan sərhədində mütəmadi təxribatlar törətməsi təkcə bizi deyil, regionda mövcud olan dövlətlərin hamısını narahat edir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Əlimusa İbrahimov bildirib.
Politoloq qeyd edib ki, bu təxribatların əks-sədası bütün regionda vəziyyətin gərginlik altına düşməsi ilə nəticələnir və bu şəraitdə dinc quruculuq işləri ilə məşğul olmaq mümkün deyil: "Yaxın və xarici ölkələr də bu təxribatların bitməsi və Azərbaycanla Ermənistan arasında sülh və əmin-amanlığın bərpa olunmasına çalışırlar. Çox təəssüf ki, hələ də buna nail olmaq mümkün deyil və bu vəziyyətin nə vaxta qədər davam edəcəyini də proqnozlaşdırmaq olmur. Çünki heç kim ermənilərin adından bu sözü verə bilmir. Ermənilər nə verdikləri sözü yerinə yetirir, nə də beynəlxalq hüququn təməl prinsiplərini yerinə yetirirlər. Onların başa düşdükləri yeganə vasitə qüvvədir. Biz 44 günlük II Vətən Müharibəsi zamanı bunun bir daha şahidi olduq. Amma hər erməni təxribatı zamanı ona qarşı müharibə açmaq da məsələnin həlli yolu deyil. Digər tərəfdən ermənilərə etdikləri təxribatın sahibi olduqlarını sübut etmək də hər zaman asan olmur. Ümid yeri Azərbaycan Respublikasının təklif etdiyi kimi delimitasiya və demokrasiya prosesini həyata keçirmək və sülh müqaviləsini imzalamaqdır. Bəlkə bundan sonra Ermənistan dünya dövlətləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB