Gürcüstan səfərində nə kimi önəmli qərarlar qəbul olunub? - POLİTOLOQ ŞƏRH ETDİ

Gürcüstan səfərində nə kimi önəmli qərarlar qəbul olunub? - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri hazırki durumda mühüm əhəmiyyət kəsb edir”. Görüş zamanı bir sıra önəmli məsələlərə toxunuldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, ümumilikdə Gürcüstan-Azərbaycan münasibətləri hazırda öz aktuallığı ilə seçilir: “Belə ki, Gürcüstan vasitəsilə Azərbaycanın neft, qaz layihələri eyni zamanda kommunikasiya xətləri istifadəyə verilib. Bakı-Tiblisi-Ceyhan, eləcə də Bakı-Tiblisi-Qars dəmir yolu xətti Gürcüstan üzərindən keçir. Həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Gürcüstan, Azərbaycan üçün Qərbə bir qapı rolunu oynayır.

Gürcüstan iqtisadiyyatı da Azərbaycanın enerji resuslarının nəqli sayəsində dividentlər qazanır. Hazırki Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasında sıx münasibətlər qurulur. Gürcüstan Prezidenti ilə cənab İlham Əliyev arasında dostluq münasibətləri formalaşdırılır. Habelə ikinci Qarabağ müharibəsində Gürcüstanın balanslı mövqeyi Azərbaycan üçün çox önəmli idi. Hazırda da bu münasibətlər inkişaf etdirilir. Əsas məsələ Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, etimad atmosferinin formalaşdırılmasıdır. Gürcüstan tərəfi dəfələrlə belə bir fikir irəli sürmüşdür ki, təhlükəsizlik üçün Qafqaz evi ideyasının genişləndirilməsinə ehtiyac vardır.

Gürcüstan tərəfi həm də 10 noyabr bəyanatından sonra diversantlarla minalanmış ərazilərin xəritələrinin və sxemlərin yerinin dəyişdirilməsində aktiv rol oynadı. Təbii ki, burada ABŞ hökuməti öz aktualığı ilə seçildi. Lakin Gürcüstanında bu istiqamətdə öz baxışları, niyyətləri və normativləri var.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu fikiriləri inkişaf etdirmək üçün çox yaxşı basiz olduğunu vurğuladı. Azərbaycan və Ermənistan arasında siyasi, diplomatik münasibətlərin nizamlanması istiqamətində Gürcüstan eyni zamanda moderator rolunu oynayır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə