Keçmiş məcburi köçkünlərin tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış etmişdi. Bir zamanlar həyat dolu olan Ağdam şəhərində heç nə qalmayıb. O, işğal dövründə dağıdılıb. Həmçinin Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlarımıza, - Forumumuzda 40-dan çox ölkənin nümayəndələri iştirak edirlər. Ağdam şəhəri Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Ermənistanın məscidləri dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər.
Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bu yerlərin dağıdılmasının səbəbi Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməkdir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz və qarşı terror davam edir.
Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi.
Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik. Və on min meqavat təşkil edir. Bir neçə su elektrik stansiyasının açılışı edilib və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olamaq ehtimalındadır. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu şəhərdə demek olar ki, min yerlik məktəb xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu sadəcə ağdamda deyil. Eyni işlər Fizulidə, Qubadlıda, Zəngilanda da görülür.
Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.
İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.
Nazilə Məmmədova
Xəzər rayonu, 120 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB