Onlar Azərbaycanın yetişdirdiyi elit hərbiçilərdir. Düşməni qorxuya salan və bir çox dağıdıcı əməliyyatları icra edən Azərbaycanın görünməz qəhrəmanları Xüsusi təyinatlı qüvvələridir. XTQ Havada suda quruda ən çətin əməliyyatların üstəsindən gəlməyə, ən təhlükəli tapşırıqları yerinə yetirməyə hər an hazırdırlar.

Onların düşüncəsində “çətindir”, “alınmır” “mümkün deyil sözlərinə yer yoxdur. Bütün verilən tapşırıqları qanları bahasına icra edirlər. Çünki onlar XTQ-dir.

Qısa zaman ərzində peşəkarlıq səviyyəsinə yüksələrək dünyanın silahlı qüvvələri arasına daxil oldular.

Onlar 2-ci Qarabağ müharibəsi zamanı ən çətin dövrün- 21-ci əsrin müharibəsinindən zəfərlə çıxdılar. Məhz bunun nəticəsidir ki, XTQ II Qarabağ müharibəsində erməni əsgərlərin qorxulu yuxusuna çevrilmişdi. Onlarla qarşılaşmağın nə demək olduğunu yaxşı dərk etmişdilər, bilirdilər ki artıq onlar üçün son saniyələrdir- Ölüm .

Erməni mətbuatında “Yeravan today ” kanalına danışan erməni əsgəri deyir: “Azərbaycanın XTQ gəlməsi –ölüm mələyinin gəlməsi kimi idi. Sadəcə 3-4 nəfər XTQ üzvü gizlənən 50 erməni əsgərini vurdu və gəldikdən bir necə saniyə sonra yoxa çıxırdı. Onları gecə ovlanan canavarlara bənzətdik. Onları görən kimsə həyatda qalmadı”.

Eyni zamanda Şuşa da yaşananları danışan erməni əsgəri sözlərinin davamında deyir: Onlara yolun qabağında pusu qurmuşduq.Lakin bir gördük ki arxamızdalar.Bu vəziyyəti görən erməni əsgərləri və zabitləri bir daha Azərbaycanla müharibə etmək istəmir”.

Erməni əsgərinin bu sözləri XTQ-in düşməni nə qədər psixoloji olaraq qorxuduqlarının etirafıdır.

Bəs düşmənə qorxu salan bu igidlər hansı şəraitdə yetişdirilir?

XTQ –nin xronologiyası

  • İlk onu qeyd edək ki, xüsusi təyinatlılar dünyanın ən intizamlı, vəzifə yerinə yetirə bilən və çətin hərbi qüvvəsi hesab edilir. Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr qrupu Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında I Qarbağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Xüsusi Təyinatlı Qüvvələri rol oynayıb.
  • 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir.
  • 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir.
  • 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi.
  • 4 dekabr 2015-ci il tarixində Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyət səmərəliyini artırmaq məqsədi ilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. XKX tabe olan Xüsusi Təyinatlı Qüvvələrin adı Yarasadır. Bu bölmənin komandirlərinin adları belə gizli saxlanılır. “Yarasa” Xüsusi təyinatlı dəstələrinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünü bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. 2020-ci ilin 10 dekabr tarixində baş tutan Zəfər paradı zamanı “Yarasa” XTQ mövcudluğu barədə ilk dəfə ictimaiyyətə məlumat verilmişdir. Yarasada eyni Müdafiə Nazirliyinin XTQ-i olan “YAŞMA” kimi ən çətin vəziyyətlərdə xidmət aparmaq üçün xüsusi olaraq yetişdirilib.
  • 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri olan Yaşmaya seçilmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb olunur. Bu kursu uğurla bitirən hərbçilər isə “Qırmızı Beret” sertifikatını əldə edir.

Azərbaycana məxsus Xüsusi Təyinatlı qüvvələrin adları belədir:

  • Hərbi-dəniz qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsi (NavySEALs)
  • Daxili Qoşunların hərbi hissələr üzrə xüsusi təyinatlıları (Pələng, Vaşaq, Kobra, Bəbir, Gürzə və s.)
  • Daxili İşlər Nazirliyi Xüsusi təyinatlı polis dəstələri Aslanlar XTPD
  • Milli Ordu Kəşfiyyat-Diversiya Dəstələri (hərbi hissə üzərinə)
  • Dövlət Təhlükəsizlik Xidməti Qartal XTQ
  • Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklər
  • Daxili qoşunlara məxsus Kobra XTQ
  • Dövlət Sərhəd Xidməti XTQ
  • Əlahiddə ÜmumQoşun XTQ ( Naxçıvan XTQ)
  • Xüsusi Dövlət Mühafizə Xidməti XTQ
  • Xarici Kəşfiyyat Xidmətinin Yarasa XTQ
  • Müdafiə Nazirliyi YAŞMA XTQ

Xüsusi bilik, bacarıq, istedad və dözümün tələb olunduğu “Yaşma”ya hər hərbçi seçilə bilmir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma daxil olmaq üçün 6 aylıq kursdan keçmək lazımdır. “Yaşma” son texnologiya ilə təchiz olunmuş, hər növ silahdan istifadəni yüksək şəkildə mənimsəmiş, iqlim şəraiti fərq etmədən döyüş tapşırığını bitirmədən geri dönməyən hərbçilərdən ibarətdir. Bu qoşun növü boş yerə Azərbaycanda ən güclü qoşun növü sayılmır. Bəzən onları “adsız qəhrəmanlar” da adlandırırlar. Bəzi məlumatlara görə, bu növ üçün müraciət edən 500 nəfərdən ən yaxşı halda 30-40 nəfər təlimlərdən keçir və seçilir. Onlara ekstrimal şəraitdə təlimlər keçilir, hər cür hava şəraitində qərar verməyi, hərəkət etməyi və hazırlıqlı olmaq öyrədilir. Hətta müxtəlif heyvanların ətini yemək də namizədlərə tapşırılır. Müharibə şəraitində günlərlə çöldə, yaxud şəraitsiz yerlərdə olan hərbçilərin qidalanması üçün bu vacib hesab edilir. Bundan başqa onlardan xarici dil bilgisidə tələb olunur. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

II Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda prezident İlham Əliyev Hikmət Mirzəyev "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhramanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər "Qarabağ ordeni” ilə təltif edilmişdir.

Xarici ölkələrin xüsusi təyinatlıları

Hər bir ölkənin özünəməxsus Xüsusi Təyinatlı Qüvvələri var. Təbii ki, bəzi ölkələr bu baxımdan fərqlənirlər. Həmin ölkələrin bu xüsusi birliyi fəaliyyətinə və prinsipinə görə digərlərindən fərqlənir.

Çinin Xüsusi Təyinatlı Qüvvələri dünyanın ən güclü hərbi birləşməsi hesab edilir. Bəzi məlumatlara görə, onlara 5 illik gizli təlimlər keçirlər. Xüsusi təyinatlı qüvvələrə seçilmək üçün hər şəxs bir neçə il ölkənin polis xidmətində işləməlidir.

İngiltərədə isə ən gizli hərbi qüvvələr Krallıq Donanmasının Xüsusi Dəniz Qüvvələri hesab edilir. Onların məşhur şüarı da var: “Güclə deyil, hiyləgərliklə”.

Xüsusi hərbi qrupu fərqlənən ölkələrdən biri də Pakistandır. Ölkənin Xüsusi Xidmət Qrupu terrorizmə qarşı mübarizə üçün yaradılıb. Bu qrupun üzvləri 25 həftəlik olduqca çətin kurslardan və təlimlərdən keçməlidir. Təlimlər əsasən əlbəyaxa döyüş və hava döyüşü əsasında keçirilir. Məlumata görə, bu qüvvələr üçün müraciət edən şəxslərin sadəcə 5 faizi təlimləri uğurla tamamlaya bilib.

Digər fərqlənən xüsusi hərbi qüvvələrdən biri də ABŞ-a məxsus “Delta Force”dir. Bu hərbi birləşmə əsasən terrorla mübarizədə fəaliyyət göstərir. Bu birləşmənin fəaliyyəti daha gizli saxlanılır. Bu qüvvələrlə bağlı rəsmi sənəd və ya görüntülərin ələ keçirilməsi və yayılması demək olar ki mümkünsüzdür. Bu birləşmənin ən böyük uğuru isə Səddam Hüseynin ələ keçirilməsi olub.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə