"Bu cür rəftar Amerikanın ikili siyasəti kimi qəbul edilməlidir" - DEPUTAT ŞƏRH ETDİ
"Nensi Pelosinin Ermənistana səfəri sırf onun siyasi ambisiyalarının həyata keçirilməsi məqsədi daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, eyni zamanda burada həm də erməni lobbisinin maraqları var: "Bu səfərin maliyyələşdirilməsi ilə bağlı çox ciddi müzakirələr aparılıb. Nensi Pelosinin səfər zamanı verdiyi açıqlamalar da Azərbaycan dövləti tərəfindən çox ciddi tənqid olundu. Çünki bu xanım 30 il ərzində Azərbaycan torpaqlarının ermənilər tərəfindən vəhşicəsinə dağıdılması ilə bağlı məsələyə bir mövqe bildirməmişdi. Onun qəflətən belə addım atması əlbəttə ki, qəbuledilən bir haldır. Bu cür rəftar Amerikanın ikili siyasəti kimi qəbuledilməlidir. Biz bu gün bölgəyə sülhün gəlməsini istəyirik, amma Amerika rəsmilərinin bu cür səfərləri və bu cür bəyanatlar verməsi ikitərəfli münasibətləri zədələyir.
Azərbaycanın istəyi odur ki, Amerika konstruktiv mövqe nümayiş etdirsin və Azərbaycanın yaratdığı reallıqla başrışsın. Ölmüş ATƏT-in Minsk qrupunun dirildilməsi cəhdlərinə son qoysun, status məsələsi ilə bağlı məsələlərə son qoysun. Bu məsələlər artıq Azərbaycan üçün bitib. Azərbaycan 30 il gözlədi və ATƏT-ə şans verdi. Amma heç bir nəticə olmadı. Bunları yenidən diriltmək beynəlxalq hüquqa ziddir. Eyni zamanda Azərbaycan-Amerika münasibətlərinə çox ciddi mənfi təsir göstərir. Biz Amerika ilə münasibətlərimizin qorunmasında, güclənməsində maraqlıyıq. Amma bu kimi yanaşmalar birmənalı olaraq bizim münasibətlərə xələl gətirir. Biz inanmaq istəyirik ki, Amerika bu münasibətə son qoyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB