Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb FOTOLAR
Sentyabr ayının 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində İkinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Orxan Mehman oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib. Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Mirzəyev Orxan Mehman oğlunun Zəhmətabad kənd qəbiristanlıqında məzarını ziyarət edərək ruhuna dualar oxuyublar. Ziyarətçilər şəhidin atası ilə görüşərək şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Ziyarət iştirakçıları şəhid atasına başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, qayğı və problemləri ilə maraqlanıblar.Şəhidin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Azərbaycan Ordusunun çavuşu olan şəhid Mirzəyev Orxan Mehman oğlu 15 sentybar 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 10 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Orxan Mehman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB