Brüssel-Moskva, Vaşiqton-Moskva qarşıdurması, qısqanclığı və rəqabəti - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanla Ermənistan arasındakı prosesə cəlb olunmuş ölkələrin heç biri ofsayta qalmayıb". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, proseslərdə cəlb edilən ölkələr arasında paylar bölüşdürülüb: "Rusiya təhlükəsizliyə, regionda sabitliyin və əmin-amanlığın saxlanmasına eləcə də tərəflər arasında toqquşmaların olmamasına çalışır və sülhməramlı kontingentinin vəzifələrini yerinə yetirməsinə nəzarət edir. Avropa İttifaqı isə məsələdən bir qədər uzaqdı. Rusiyanın həm Ermənistanla, həm də Azərbaycanla əlaqələri saxlayır. Lakin Avropa İttifaqının başqa qayğıları var. O həm iqtisadi məsələləri önə çəkir, Digər tərəfdən humanitar məsələlərin həllini rəhbər tutur. Rusiya çalışır ki, proseslər normal məcrada davam etdirilsin. Çünki, müharibədə olan ölkələr arasında əvvəl axır sülh sazişi bağlanmalıdır.
Ermənistan prosesləri pozan mövqe tutur və anlaşılmaz mövqe saxlayır. Lakin ən yaxşı göstərici odur ki, Ermənistandan heç nə aslı vəziyyətdə deyil. Hətta Zəngəzur dəhlizinin müqəddəratı Ermənistandan bağlı idisə, indi artıq Azərbaycan İranla öz münasibətlərini davam etdirir. İran tərəfindən razılıq alınıb və lazım gələrsə beş kilometr cənub tərəfdən biz o dəhlizi çəkəcəyik. Burada Rusiyaya öz qayğıları, Avropa İttifaqının öz qayğıları var.
Bəli, bu danılmaz faktır ki, Brüssel və Moskva, Vaşiqtonla Moskva arasında qarşıdurma, qısqanclıq və rəqabət var. Lakin, bu problemlərin Azərbaycana aidiyyatı yoxdur. Çünki Azərbaycan qızışdırıcı mövqedən uzaqdır. Azərbaycan Ermənistandan fəqrli olaraq qızışdırıcı mövqedən uzaq dayanır. Azərbaycan həm tərəfdaşlar, həm də partniyorlarla və qonşularla elə tərzdə münasibətləri qurub, tənzimləyir ki, proseslərdə gərginlik yaranmasın. Bir qayda olaraq Ermənistanla sülhə aparan yolda açıq şəffaf mənzərə yaransın".

Politoloq Tofiq Abbasov sözlərinə əlavə edərək bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında gərginlik var və bir-birinə rəqibdirlər: "Rusiyanın bəzi dairələri qeyd edir ki, guya Avropa İttifaqı özünü önə çəkmək istəyindədir. Bu təbiidir ki, geosiyasətdə hər bir blok çalışır ki, üstünlüyü əldə etsin, divident qazansın və tərəfdarların sayını artırsın. Ancaq bizim üçün bu ikinci dərəcəli məsələdir. Çünki Azərbaycan həm Rusiya ilə yaxşı münasibətdədi, həm Avropa İttifaqı ilə yaxşı münasibətlərimiz var. Biz onları üz-üzə və ya qarşı-qarşıya qoymaq niyyətində deyilik. Prosesdə özlərinin üstünlüklərini bir -birlərinə göstərirlər. Azərbaycan çalışır ki, heç bir əlavə gərginlik yaranmasın və ümumi münasibətlər şəffaf olsun. Hər bir iştirakçı tərəf mənfəət rosional nəticə əldə etsin. Burada təbii ki, heç bir tərəf ofsaytda deyil. Onlar bir-birlərinə maneçilik törətmirlər. Lakin bunlar siyasətdə gedən cərəyanlardır. Bizim üçün lazım olan bölgədə sülhün təmin olunmasıdır. Azərbaycana lazım deyil ki, sərhədləri boyunca qeyri -adekvat anlaşılmayan faktor və ya subyekt olsun. Azərbaycan elə bir səviyyəyə çatıb ki, biz özümüzü həm qoruya bilirik , həm potensiyal müdafiə edə bilirik, həm də inkişafda davam edirik. Bütün tərəfləri proseslərin tezləşməsi üçün sövq etməyə çalışırıq. Azərbaycan dövləti uğuru hər zaman qazanacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə