“ABŞ və Fransa İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmir“ - PARTİYA SƏDRİ AÇIQLADI
“Şuşada keçirilən beynəlxalq konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi gözlənilməz deyil. Çünki bu dövlətlər həmişə ermənipərəst mövqe tutublar”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, ABŞ və Fransa bu gün Qarabağa yüksək statusun verilməsini tələb edən ölkələrdir: “Bu dövlətlər İkinci Vətən müharibəsinin nəticələrini qəbul etmirlər. Hətta Fransa azad etdiyimiz torpaqları yenidən ermənilərə verməyimizi tələb edirdilər. Bu səbəbdən onlar Şuşaya getmir və Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı hesab etmirlər. ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən konfransda iştirak etməməsi bölgədə formalaşan reallığı və gedən prosesləri qəbul etməmələri ilə bağlıdır. Azərbaycanın günü-gündən güclənməsi və öz qanuni hüquqlarını addım-addım bərpa etməsi bu dövlətləri narahat edir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB