Serbiya ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik - XİN
"Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik".
SİA xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Serbiya ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı paylaşımında yer alıb.
"Bu gün Azərbaycan və Serbiya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu münasibətlə Serbiya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişafına ümid edirik", - nazirliyin tviter hesabındakı paylaşımda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB