Erkən evliliklər hansı problemlərə gətirib çıxarır? - ARAŞDIRMA

Erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır.

Erkən evliliklər hansı problemlərə gətirib çıxarır?

Hamıya məlum olduğu kimi erkən nikahlar həm fiziki, həm də psixoloji problemlərə gətirib çıxardır. Vaxtlı-vaxtında mariflədirmək tədbirləri təşkil edərək müasir toplumu bu fikirdən daşındırmaq vacib məsələlərdən biridir. İlk növbədə müəllimlər məktəblərdə təbliğatı güclü şəkildə aparmalıdırlar. Həmçinin bələdiyyələr bu məsələ üzərində əhali arasında maarifləndirmə işləri aparmalıdır. O zaman təsir daha effektiv ola bilər.

Bəs erkən nikahlar fərdi şəkildə necə təsir yaradır?

Əgər cəmiyyətdəki bir qismi toplum şəklində normal baxırsa, ailə quran iki şəxs də normal baxır və psixoloji problemlər olmur. Hansı ki, bir toplumda belə hallara normal baxmayan adamlar erkən nikaha daxil olursa, bunu işgəncə kimi qəbul edir və təbii ki, anında travmalar alır. Biz desək ki, erkən nikah filan psixoloji problemlərə gətirib çıxardır həmin problemlər belə hallara qəbullanmayan şəxslərdə baş verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mərkəzi aparatı tərəfindən regionlarda ailə və uşaqlara dəstək mərkəzləri vasitəsilə tam ödənişsiz psixoloji dəstək göstərilir. Bu mövzuda təkcə valideynlər deyil, eyni zamanda övladların da maarifləndirilməsi çox vacibdir.

Yeniyetmə yaşındakı biri üçün əlbəttə ki ailə qurmaq, yeni ailəyə köçmək yad və qəbullanmayan anlayışdır. Uşaq birdən-birə məktəbdən, həmyaşıdlarından, öz uşaq həyatından məcburi ayrılaraq ailə həyatına atıldığı üçün yeni vəziyyətə adaptasiya olunmaq çox çətin olur. O uşağın özünün valideyn köməyinə, qayğıya ehtiyacı olduğu halda, digərlərinin qayğısına qalması, kiminsə qulluğunda durması, yeni mühit, yeni öhdəliklər, heç vaxt əl atmadığı işlər uşaq-gəlinlərdə psixoloji gərginlik yaradır. Bütün bunların nəticəsində təhsilsiz qadınların sayı artır, zorakılıq halları, məişət zorakılığı zəminində qətillər törədilir, boşanmaların sayı çoxalır, uşaqlar stress şəraitində böyüyürlər. Bu cür şəraitdə nikaha girmiş cütlüklərin övladları da psixoloji sarsıntılar içində böyüyür.

Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Statistikaya əsasən ölkəmizdə erkən nikahlar, qızların təhsildən yayındırması və qadın zoraklıqları cənub rayonlarda daha çox rast gəlinir.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə