Azərbaycan-Litva münasibətləri ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir ŞƏRH

Azərbaycan-Litva münasibətləri ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir ŞƏRH

Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır və 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanata uyğun olaraq ikitərəfli münasibətlərin daha da inkişafı hər iki ölkənin marağındadır. Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir. Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi uzun illərin strateji tərəfdaşı olduğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında da bildirmişdir ki, Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar: "Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir".

Mayın 18-də iki gün davam edən Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumuna Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Ən əsası isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının yenə də həmişə olduğu kimi, bu beynəlxalq konfransdakı çıxışı və konfrans iştirakçılarının suallarına cavablaları təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.Bir məqamı xüsui olaraq vurğulamaq istərdim ki, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevin nitqini dinləmək şərəfindən məmnun olacaqlarının söyləyib. Bu, bir daha sübut edir ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Bu mənada təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Elə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri də bu əlaqələrin inkişafı baxımdan xüsusi önəm daşıyır. "Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var",- deyən dövlət başçısı bildirib ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır: "Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir".

İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq. Tarixi Forumda Prezident İlham Əliyev Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdib və bildirib ki, təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrup yaratması barədə razılıq əldə olunduğunu xatırladan dövlətimizin başçısı deyib: "Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur". Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub: "Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.

Beləliklə, mayın 18-də tarixi əhəmiyyət daşıyan «Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda vahid mövqedən çıxış edən hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Ən əsası isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının yenə də həmişə olduğu kimi, bu beynəlxalq konfransdakı çıxışı və konfrans iştirakçılarının suallarına cavablaları təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz hər zaman bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabər hüquqlu tərəfdaş kimi qəbul edilib. Beləliklə, Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə