Bu səfərlər həmin bölgələrin bərpası prosesində müsbət rol oynayır - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa səfəri ilk olaraq dövlətin azad edilmiş torpaqlara göstərdiyi diqqətin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin rəhbərliyi davamlı olaraq azad edilmiş ərazilərə səfər edir: "Bu səfərlər həmin o bölgələrin bərpası prosesində müsbət rol oynayır. Bir işə yüksək səviyyədə diqqət göstəriləndə daha da keyfiyyətli və sürətli şəkildə həyata keçirilir".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda Azərbaycan dövlətinin prioritetlərindən biri Qarabağı bərpa etməkdir: "Artıq bununla bağlı xeyli iş gedir. Həmin bölgələrin keçmiş arxitekturasını qorumaqla yanaşı, həm də müasir tikililər inşa edilir. İstər yeni iş yerlərinin açılması, yeni infrasturukturların qurulması olsun, istər kənd təsərrüfatının bərpası olsun, bütün bunlar doğma yurdlarına qayıdacaq əhaliyə kömək edəcək. Təbii ki, insanlar artıq yurdların, evlərinə qayıtmaq istəyirlər. İndiyə kimi erməni işğalı buna imkan vermirdi. Lakin torpaqlar azad olduqdan sonra isə erməni vandalizmi imkan vermir. Çünki işğal dövründə ermənilər həmin əraziləri nəinki dağıtmış, demək olar silmişdilər. Torpaqlarımızın azad edildiyi qısa müddətdə dövlətimiz həmin ərazilərdə böyük işlər görüb. Azərbaycan öz resursları ilə bu işləri həyata keçirir. Minaların təmizlənməsi prosesində də, yeni tikililərin qurulmasında da böyük irəliləyiş var. Bu onu göstərir ki, insanlar öz yerlərinə qayıda biləcək. İnsanların qayıtması da, həyatın qayıtması deməkdir. Nə qədər bərpa işləri aparılsa da, insan yaşamadığı müddətdə həyat ora qayıtmır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə