Atəşkəsi pozan düşməni daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib - ŞƏRH EDİLDİ
"Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, hər gün atəşkəsi pozan düşməni təkrarən və daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib: "Atəş açılan düşmən mövqeyinə artilleriya basqını həyata keçirib orada yerləşən silahlıları mineral gübrə halına gətirmək və həmin ərazidə üçrəngli Bayrağımızı qaldırmaq, Ermənistanın anlaya biləcəyi ən qısa çıxış yoludur".
Ədalət Verdiyev sözlərinə belə davam edib: "Kimsə Ermənistandan sərhəd barədə kəlmə işlədərsə, bir az da irəli getməliyik. Sərhədlərin təyin edilməsi üzrə İrəvanın komissiyası qəbulumuza yazılmayana qədər addım-addım tarixi ərazilərimizin düşməndən azad edilməsini davam etdirməliyik. Başqa sözlə, Ermənistanın vaxt uzatması prosesini İrəvanın ərazi itirməsi fəaliyyəti ilə paralel həyata keçirməliyik. Bu isə Ermənistanda daxili kataklizmləri daha da dərinləşdirəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB