9 May bizim tariximizin bir parçasıdır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qeyd etmək lazımdır ki, bir çox xalqlar kimi Azərbaycan xalqının qəhrəman övladları Vətən Müharibəsində qələbənin təmin olunmasında bilavasitə iştirak ediblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bu qələbəni Azərbaycan xalqı da qeyd edir: “Cənab Prezident İlham Əliyev də bu gün Həzi Aslanovun məzarını ziyarət edib. Vətən Müharibəsi iştirakçılarının mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb. Bu kateqoriyadan olan insanlara hər zaman ölkəmizdə böyük diqqət və qayğı olub”.

Deputat sözlərinə belə davam edib: “Bu gün dünyanın müxtəlif bölgələrinin ayrı-ayrı yerlərində fərqli yanaşmalar olsa da, biz qeyd etməliyik ki, bu bizim tariximizin bir parçasıdır. Bu gün bizim ölkəmizdə belə addımlar atılır və qeyd olunur.

Hesab edirəm ki, bu eyni zamanda Azərbaycan xalqına cənab Prezidentin verdiyi yüksək diqqət və qayğının təzahürüdür. Burada Azərbaycan xalqının çox böyük qəhrəmanlığı və şücaəti olub. Bu gün bir çox vətəndaşların yaxın və doğmaları bu prosesin bilavasitə iştirakçısı olublar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə