Azərbaycan xalqı 1945-ci ildə qələbənin əldə edilməsində böyük rol oynayıb - ŞƏRH EDİLDİ
“9 May 2022-ci il tarixdə 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatmasının 77 illiyi qeyd olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycandan cəbhəyə səfərbər olmuş 600 min şəxsdən yarıdan çoxu həlak olmuş və itgin düşmüş, 42 nəfər azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü, və 416-cı milli diviziyaları formalaşdırıldı: “Müharibə illərində ordu sıralarında nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olmuş, qəhrəmanlıqları ilə tarixə düşmüşdür. Bu müharibə əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşımlarının müharibəsi olmuşdur. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Müharibə illərində Bakı bütün ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü bakı benzini ilə işləyirdi. Bakı Sovet İttifaqının mühüm silah istehsalı mərkəzlərindən biri idi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiyalar yaradılıb. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Bir sözlə 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqı daha çox itgilərə və məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün var qüvvəsini sərf etmişdir və faşizm üzərində tarixi qələbənin əldə olunmasında böyük rol oynamışdır”.
Deputat sözlərinə belə davam edib: “Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndən sonra müharibə veteranlarına münasibət dəyişmiş, onların xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ulu Öndər veteranlara dövlət qayğısı göstərilməsi haqqında 1994-cü ildə müvafiq fərman imzalamışdı. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Ölkə Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 60 illiyinə, 65 illik və 75 illik yubileylərinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Təəssüf ki, müasir dünyamızda o cümlədən qonşu Ermənistanda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qaxdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Azərbaycan Ordusu Müzzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu və Tarixi Zəfər qazanıldı.
Ümummilli Lider heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə veteranlarını və onların ailələrini şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi üçün ardıclı tədbirlərin görülməsini təmin edir.Hər il müharibə iştirakçılarına, həlak olanların dul arvadlarına, arxa cəbhədə fədəkar əməyə görə orden və medallarla təltif olanlara birdəfəlik yardımın miqdarı artırılır.
Cənab Prezident İlham Əliyev demişdir ki, “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüç meydanında və arxa cəbhədə qələbəyə təhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB