Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl diyarına çevriləcək - ŞƏRH EDİLDİ
“Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad olunduqdan az müddət keçdikdən sonra dəfələrlə bu ərazilərə səfər edib. Səfərlər zamanı ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizin ictimaiyyət nümayəndələri ilə görüşüb, gələcəkdə yenidən qurulacaq şəhər və kəndlərimizin görüntüsündə onların da təkliflərini dinləyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyev deyib.
Onun sözlərinə görə, bir ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə start verilib: “Yenidən qurulacaq bütün kənd və şəhərlərimizin bərpası əvvəlcədən hazırlanmış plan üzrə aparılacaq. Şəhərlərimiz ölkə başçısının təstiq etdiyi baş plan əsasında yenidən hazırlanacaq.
Artıq Ağdam və Füzuli rayonlarının baş planı hazırlanıb. Digərlərinin də baş planı bu yaxınlarda təstiqlənəcək. Quruculuq işləri və burada təməli qoyularaq istifadəyə veriləcək bütün sosial obyekt və binaların açılışında cənab Prezident özü şəxsən iştirak edir. Plandan kənar heç bir iş aparılmır və aparıla da bilməz”.
Kamilə Əliyeva sözlərinə belə davam edib: “Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl diyarına çevriləcək. Ölkə başçımız hər zaman gənclərə güvənib və ölkənin gələcək inkişafının onlardan asılı olduğunu qeyd edib.
Cənab Prezident işğaldan azad olunmuş rayonlarda xüsusi nümayəndələr təyin edir. Təyinat alan bu şəxslər gənc olsalar da, çox savadlıdırlar. Onlar cənab Prezidentin etimadını doğruldaraq Vətənə, xalqa sədaqətlə xidmət etməlidirlər.
Yaxın vaxtlarda Böyük Qayıdış planına uyğun olaraq ilk dəfə Zəngilanın Ağalı kəndinin sakinləri öz yurdlarına dönəcək. Bildiyimiz kimi, bu kənd “Ağıllı kənd” prinsipi əsasında quurlub və sakinlərin buraya köçməsi ilə onların ev və işlə təmin olunması üçün hazırlıq işləri aparılır.
Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarımız planlı şəkildə elə qurulacaq ki, onlar burada heç bir problemlə üzləşməsinlər. Yaşayış evləri ilə yanaşı məktəb, bağçalar və xəstəxanalar tikiləcək. İnsanlar işlə təmin olunacaq. Kənd təsərrüfatı ilə bağlı böyük planlar olacaq. Bir sözlə, buraya kpçmüş insanlar əvvəlki yaşayışından da qat-qat yaxşı yaşayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB