Xüsusi Təyinatlıların Qələbəmizdə çox böyük payı var - ŞƏRH EDİLDİ

“30 apreldə Ali Baş Komandan İlham Əliyev XTQ qarşısında çıxış edərək bayramlarını təbrik etmiş və XTQ-ların keçdiyi uğurlu yolu ilə bağlı geniş danışaraq ordumuz qarşısında dayanan yeni vəzifələrin olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev XTQ-lərə böyük dəyər verərək qeyd etdi ki, Xüsusi Təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, 23 il əvvəl Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılabn XTQ-ləri bu illər ərzində ən müasir silahlarla silahlanmış və Türkiyənin təcrübəsinə yiyələnərək məğlub olunmaz qüvvəyə çevrilmişdir: “2016-cı ilin aprel əməliyyatlarında XTQ-lərimiz öz məharətini nümayiş etirərək 4 gündə 2000 hektardan çox ərazilərimizi azad etməklə düşmənə mesaj göndərmişdi. Amma düşmən bu mesajımızdan nəticə çıxartmadı və sonradan müharibə ritorikası ilə danışmağa başladı.

Azərbaycanın Müzəffər Ordusu öndə XTQ olmaqla 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Cənab Prezident Xüsusi Təyinatlıları qaşısında çıxış edərək bir daha qeyd etdi ki, bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Xüsusi Təyinatlı Qüvvələrimiz dərələrdən, təpələrdən, yolsuz meşələdən keçərək, sıldırım qayaları dırmaşaraq bu qələbəni bizə qazandırdılar”.

Deputat sözlərinə belə davam edib: “Bu gün həmin ərazilərdən çəkilmiş Zəfər yolunu gedən hər bir insan xüsusi təyinatlıların qısa zaman ərzində keçdiyi qəhrəmanlıq yolunu görəndə heyran qalırlar. Xüsusi təyinatlılarımız yüngül silahlarla döyüşərək düşmənin ağır texnikalrla təchiz olunmuş ordusunu məhv etdilər. XTQ-in nümayiş etdikləri döyüş taktikası bu gün dünyanın aparıcı hərbi məktəblərində tədris olunur, öyrənilir. Xüsusi təyinatlı qüvvələrimiz düşmənin qorxulu röyasına çevrilmişdi. Azərbaycan Odusunu qələbəyə aparan əsas amil cənab Prezidentin qeyd etdiyi kimi ordumuzun gücü, həm iradəsi, peşəkarlığı və Vətən sevgisi olmuşdur. Vətən sevgisi və həmrəylik ruhu birləşəndə bu güc hər bir silahdan üstündür. Təbii ki, ordumuzdakı bu birlik və güclü döyüş iradəsi ordumuzu heç nədən qorxutmayaraq düşmənin gülləsinin üstünə gedərək canından keçməsinə hazır etmişdi.

Ölkə Naşçısı Xüsusi Təyinatlılara səslənərək qeyd etdi ki, Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Ona görə də XTQ-in sayı iki dəfə artırılmış, yeni ordu birləşmələri yaradılmışdır.

44 günlük Vətən müharibəsində zəif nöqtələrimiz araşdırılmış və həmin sahələrin də təkmilləşməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bu gün ordumuz Vətən müharibəsində olduğundan daha güclü və döyüş qabiliyyəti yüksəkdir. Cənab Prezidentin ordumuza xüsusi diqqət və qayğısı yüksəkdir. Yeni hərbi hissələri tikilir və ordumuzun müdafiə xərcləri hər il artırılır. Ordumuzun silahlanmasına daha yeni və müasir silahlar qəbul olunur.

Bu gün Xüsusi Təyinat Qüvvələrimiz qarşısına qoyulduğu hər bir döyüş tapşırığını qısa zaman kəsiyində və yüksək səviyyədə icra etməyinə hazırdır. Əgər ölkəmizə qarşı düşmənin hər hansı bir rəvanş hərəkəti müşahidə olunarsa XTQ basda olmaqla müzəffər ordumuz daha sarsıdıcı zərbələr yetirəcək və qarşı tərəfi tamailə məhv edəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə