Bu tarixi hadisədir - ŞƏRH EDİLDİ

“Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən və torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərə dəfələrlə səfərlər edib. Cənab Prezidentin rəhbərliyi ilə müharibə bitəndən sonra burada yenidənqurma və bərpa işlərinə start verilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dünya tarixinə nəzər saldıqda görərik ki, dünyada baş verən müharibələrdən sonra bu qədər geniş miqyaslı quruculuq işləri tarixdə olmayıb və bu qədər tez davranılmayıb: “Cənab İlham Əliyevin son səfəri çərçivəsində də bir sıra layihələr və tikintilər nəzərdən keçirildi”.

Deputat sözlərinə belə davam edib: “Səfər Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində oldu. Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi tarixi hadisədir. İşğaldan azad olunmuş ərazilərdə qurultayın keçirilməsi onun adının Zəfər Qurultayı olduğunu bildirir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə