Ermənistan ən təsirli və səmərəli cavab alacağına əmin olmalıdır - ŞƏRH EDİLDİ
“Ötən gün Ermənistan tərəfinin təxribatlara əl ata biləcəyi barədə saytların birində məqaləm dərc olunmuşdu. Bu barədə güc sturukturlarımızı ayıq-sayıq olmağa çağırmışdım. Bu barədə həmin məqalədən 9 saat sonra Dövlət Sərhəd Xidmətindən verilən açıqlamada məlum oldu ki, erməni silahlıları Zəngilan istiqamətində Azərbaycan ərazilərinə müdaxilə üçün cəhd ediblər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu hadisə bir daha onu göstərdi ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin irəli aparılmasına hazır deyil: “Delimitasiya komissiyalarının yaradıldığı, sülh sazişinin üzərində işlərin başlandığı bir vaxtda Ermənistan tərəfinin növbəti dəfə təxribata yol verməsi qəbuledilməzdir. Bu prosesə görə Ermənistan tərəfi ən təsirli və səmərəli cavab alacağına əmin olmalıdır.
Ədalət Verdiyev sözlərinə belə davam edib: “Bütün baş verən görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ordumuz və Silahlı qüvvələrimizin bütün sturukturları bu tip təxribatların qarşısının alınması üçün kifayət qədər güc və imkanlara malikdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB