Azərbaycan-Qırğızıstan əlaqələri yüksələn xətlə inkişafdadır - ŞƏRH EDİLDİ
“Bildiyimiz kimi, bugünlərdə Qırğızıstan Respublikasının Prezident Sadır Japarov və onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Qeyd etmək istərdim ki, bu səfər öz siyasi əhəmiyyətinə görə bugünədək Azərbaycan-Qırğızıstan arasında olan bütün səfərlər arasında ən yüksək səviyyədə olan səfərlərdən hesab etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, mətbuatdan da gördüyümüz kimi, dostluğumuzun və qardaşlığlmızın ifadəsi olan bu səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi imzalanmışdı: “Bununla bərabər bir sıra çox digər önəmli sənədləri də imzalanmışdır. Səfər çərçivəsində imzalanmış bu sənədlər ölkələrimizin gələcək əlaqələrini Liderlərimizin siyasi iradəsi ilə daha da intensivləşdirəcəkdir və buna tam hüquqi zəmin yaratdı. Daha dəqiq desək imzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırdı.
Sözsüz ki, həm Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum böyük siyasi əhəmiyyəti əks etdirir. Həm Strateji tərəfdaşlıq həm də, Dövlətlərarası Şura çərçivəsində bu iki ölkənin ikitərəfli tərəfli fəaliyyətini eləcə də, regional və beynəlxalq məsələlərin daha səmərəli və çevik şəkildə kordinə olunmasının hüquqi bazasıdır.
Qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək vermişdir. Dünən iki dövlət başçısının keçirdiyi mətbuat konfransında möhtərəm Prezidentimiz bu hadisəni minnətdarlıqla qeyd etdi”.
Deputat sözlərinə belə davam edib: “Xüsusi vurğulamaq istərdim ki, iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri möhtərəm Prezidentimiz tərəfindən mətbuat konfransındakı çıxışında yer alır. İki ölkənin gələcək yol xəritəsinin istiqamətləri olan bu çıxışda Azərbaycanın nəqliyyat infrastruktur sahəsində əldə etdiyi nailiyyətlərə, uğurlara, onun beynəlxalq əhəmiyyəti haqqında önəmli fikirlər də səsləndirilmişdir. Sözsüz ki, unikal layihə olan Şərq-Qərb nəqliyyat dəhlizi haqqında danışarkan Zəngəzur dəhlizinin də nə qədər böyük əhəmiyyətə malik olması istisna deyil. Qürurla deməliyik ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsində ölkəmizdə yüklərin bütün istiqamətlərə həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Yol, nəqliyyat infrastruktur layihələri həm də insanları mənzil başına çatdıran, könülləri birləşdirən dostları qovuşduran vasitədir. Sözsüz ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış bu sənədlər qardaş və dost ölkə kimi Qırğızıstanın da bu imkanlardan istifadə etməsinə geniş imkan yaradır.
Bir mənalı olaraq vurğulamalıyam ki, ölkələrimizin bütün sahələr üzrə sürətlə və sıx əməkdaşlığl həm də bütövlükdə TDT-Türk Dövlətlər Təşkilatının daha da güclənməsinə xalqlarımız arasında inteqrasiya prosesinə də öz töhfəsini verəcəkdir. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmamız bu əlaqələri daha möhkəm edəcəkdir. Məhz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün qardaş Qırğızıstan tərəfindən dəstəklənməsi də bu zərurətdən qaynaqlanır. Bir daha qeyd etmək istəyirəm ki, imzalanmış bütün sənədlər xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələrini daha da möhkəm edəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB