“Düşünürəm ki, ABŞ rəsmilərinin verdiyi bu açıqlamalara baxmayaraq Rusiyanın enerji ixracına sanksiya tətbiq etməyi mümkünsüzdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, dövlətlərin bir çoxu sanksiyalara qoşulsa da onların özündə də iqtisadi problemlər yarana bilər: “Lakin bütövlükdə Rusiyanı çox ciddi siyasi və iqtisadi sanksiyalar gözləyir. Əgər Rusiya tərəfi baş verən prosesləri nəzərə almasa bu hücumlar qarşısında kifayət qədər zəifləmiş vəziyyətə düşəcək. Bu sanskiyaların Azərbaycana heç bir təsiri olmayacaq. Çünki Rusiyaya tətbiq edilən sanksiyalar konkret Rusiyanın məhsulları və iqtisadi, ticari sahələri ilə bağlıdır. Əlbəttə, bütövlükdə Rusiya-Ukrayna müharibəsi regiondakı digər ölkələrin iqtisadiyyatına ciddi təsir edə bilər. Özəliklə taxıl, buğda, duru yağlar və s. məhsullar Rusiya və Ukrayna bazarından idxal edildiyinə görə, belə strateji məhsullarda problem yarana bilər. Lakin bütövlükdə nəzərə almalıyıq ki, bu sanksiyalar paketinin genişlənməsi və Rusiyanın üzərinə Qərbdən hansısa sanksiyaların qoyulması Azərbaycana və yaxud regionun digər ölkələrinə adiyyatı yoxdur. Azərbaycan Qərbin enerji təhlükəsizliyində önəmli rol oynayır və düşünürəm ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar davamlı xarakter alacaq.”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB