Elə bir bölgəmiz yoxdur ki, orada idmanın güləş növü inkişaf etməsin - ŞƏRH EDİLDİ
"Bir ay bundan öncə cənab Prezident idmançılarla görüş keçirdi. Yenidən belə bir görüşün təşkil olunması idmançıların da motivasiyasını artırır. Bu görüş cənab Prezidentin daim idmançıları dəstəklədiyini və onlara olan inamını göstərir. Keçirilmiş görüşdə əsas olaraq qalib olsalar da, olmasalar da idmançıların ölkəmizi ləyaqətlə təmsil etdikləri vurğulanıb. Təbii ki, yaxşı nəticələr olsa bu ölkəmizə daha çox sevinc gətirər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda güləş ənənəvi idman növlərindən biridir: “Düşünürəm ki, elə bir bölgəmiz yoxdur ki, orada idmanın güləş növü inkişaf etməsin. Digər olimpiya idman növlərinə də ölkəmizdə böyük maraq var. Bu da həmin idmançılar üçün motivasiya mənbəyi sayılır”.
Müşfiq Cəfərov sözlərinə belə davam edib: “Bugünkü gündə idmana və onu inkişaf etdirən federasiyalara xüsusi diqqət göstərilir. Yeni rəhbərlərin təyin olunması idman fəaliyyətinə də yeni ab-hava gətirib. Bu baxımdan Azərbaycan idman ölkəsi olduğunu sözlə deyil, əməldə də göstərmiş olur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB