“Ermənistan baş naziri Nikol Paşinyanla olan Brüssel görüşünün nəticəsi ondan ibarətdir ki, burada bəzi mühüm addımlar atıldı. Bunu Avropa Parlamentinin üzvləri və ekspertləri də deyir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bizim mövqeyimizi qəbul etmək istəyir: “Daha doğrusu, bu məsələni müzakirə edəcək”.
Rüfət Quliyev sözlərinə belə davam edib: “Bu görüşlərin nəticəsi ondan ibarətdir ki, hər dəfə az da olsa müsbət mənada divara bir kərpic qoyulur. Ermənistan da bunu hiss edir ki, istər şimal tərəfdən Rusiya, istərsə də qərb tərəfdən Avropa yenə Azərbaycanı dəstəkləyirlər. İnanıram ki, ilin sonuna kimi sülh müqaviləsi bağlana bilər. Bu isə bir neçə mərhələdən ibarət olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB