Rusiyanın Donbası işğal etməsi hadisələrin inkişafını dəyişə bilər - ŞƏRH EDİLDİ

"Hazırda Ukraynadakı hərbi vəziyyət haqqında dəqiq bir şey demək mümkün deyil. Çünki hər iki ölkənin informasiya axını öz xeyrinə yönəlib. Ukrayna tərəfi rus qoşunlarının sıxışdırılması ilə bağlı məlumat yayıb. Bu da Rusiya ordusunun Ukraynadakı planlarının istədiyi kimi irəliləməməsi ilə əlaqəli idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, belə bir ölkənin ikinci bir planı da olmalı idi: "Onun planı Şərq cəbhəsində nəticələr əldə etmək idi. Yəni, Rusiyanın hədəfi Donbasın işğal edilməsidir. Mariopolda baş verən hadisələr də nəzarətin Rusiyanın əlində olduğunu göstərir. Mariopol da Donbasın əsas mərkəzi sayılır. Görünür ki, Rusiya hələki Şərq cəbhəsində istədiyinə nail olur".

Siyasi şərhçi sözlərinə belə davam edib: "Müharibənin əvvəlindən etibarən Ukrayna qoşununun əsas hissəsi Şərq cəbhəsində olsa da, Kiyevə hücum zamanı ordunun müəyyən bir qismi müdafiə üçün oradan çıxarıldı. Bu da Ukrayna üçün təhlükə yaradıb. Ümumilikdə, Kiyevi ələ keçirmək planı baş tutmayan Rusiya geri çəkilməsi nəticəsində Ukrayna təmizləmə prosesinə başlayıb. Bu, Ukrayna tərəfi üçün uğurlardan biri sayıla bilər. Lakin hələ də müharibənin taleyi həll olunmayıb. Düşünürəm ki, Rusiya Kiyevdən geri çəkilsə belə, onun əsas hədəfi Donbasdır. Donbası ələ keçirdikdən sonra Odisseya hücum edə bilər.Odissenanın rəhbərinin dəyişməsi də artıq oranın müdafiəsinin yüksək səviyyədə hazırlandığını göstərir. Rusiya məğlub kimi görünsə də, həlledici döyüşün qarşıda olduğunu düşünürəm. Rusiya tərəfi Donbasın işğalını həyata keçirə bilsə, hadisələrin inkişafını dəyişdirə bilər".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə