"Rusiya-Azərbaycan əlaqələri indiki dövrdə həm stabil, həm də gərgindir. Çünki tərəflər arasında münasibətlərdə tez-tez dəyişiklik baş verir". Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi güclü qonşu olduğu üçün Rusiya ilə münasibətləri yüksək səviyyədə tutmağa çalışır: "Eyni zamanda, Azərbaycan kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiya hesab olunur. Rus sülhməramlıları Qarabağda da fəaliyyət göstərir. Beynəlxalq və region təşkilatlarında hər iki dövlət birgə fəaliyyət göstərir".
Samir Hümbətov sözlərinə belə davam edib: "Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərini həm siyasi, həm də iqtisadi baxımdan şaxələndirmək olar. 2022-ci il 22 fevral tarixində Azərbaycan və Rusiya arasında 43 bənddən ibarət Moskva Bəyannaməsi imzalanıb. Bu baxımdan, Azərbaycan və Rusiya əlaqələrinin yaxşı olması çox vacibdir.
Bəzən Rusiya tərəfindən Azərbaycana qarşı təxribatlar baş verir. Lakin, indiki vəziyyətdə tərəflər arasında münasibətlər normaldır. Ukraynanın işğalı prosesində Qərb ölkələri Rusiyadan üz döndərdiyi vaxtda Azərbaycan əlaqələrini yaxşı tutmağa və sanksiyalara qoşulmamağa çalışır. Buna nə qədər nail olduğumuzu demək üçün hələ tezdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB