Aprel zəfəri bizim II Qarabağ zəfərinin təməlini qoydu - MÜNASİBƏT BİLDİRDİ
“Aprel zəfəri bizim II Qarabağ zəfərinin təməlini qoydu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə dəyərli vətən övladları torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçərək Lələtəpə yüksəkliyini azad etdilər: “Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış döyüşlərdən biridir. Bu döyüş qeyd etdiyim kimi, 44 günlük Zəfərimizin və qələbəmizin təməli oldu. Həmin dövrdən başlayaraq Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan xalqı hələ də bu zəfəri yaşayır və həmin günlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqları unutmur. Bu baxımdan illər keçsə də Aprel zəfəri unudulmayacaq, hər zaman Azərbaycan xalqının yaddaşında olacaq. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan vətən oğullarını hörmətlə yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu qələbənin əhəmiyyətini Azərbaycan xalqı heç zaman unutmayacaq. Bu tarix öz reallığını daim qoruyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB