Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan bütün dünya ölkələri ilə normal münasibətlərin qurulması və inkişafında maraqlıdır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri tərəfindən Azərbaycana diqqətin olması əlaqələrin inkişafında da özünü göstərir: "Azərbaycan-Kuba münasibətləri haqqında da bu fikirləri söyləmək olar. Hər iki dövlət qarşılıqlı maraqlar əsasında aralarındakı münasibətləri daha da inkişaf etdirir".

Deputat sözlərinə davam edərək belə qeyd edib: "30 il heç də az bir müddət deyil. Bu müddət ərzində Azərbaycan öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Hər zaman bütün dünya ölkələri, eləcə də Kuba ilə əlaqələrin inkişafına öz töhfələrini verməyə çalışıb".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə