Novruz sülh və ümid rəmzidir - Gürcüstan prezidenti

Novruz sülh və ümid rəmzidir - Gürcüstan prezidenti

“Novruz sülh, yenilənmə, ümid və gələcək rəmzidir”. SİA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvilitvitter səhifəsində yazıb.

Dövlət başçısı hazırda çətin dövrün olduğunu qeyd edib: “Lakin biz ümidimizi itirməməliyik. Qoy bu gün bunu xatırlatsın. Gürcüstanda və bütün dünyada Novruz bayramını qeyd edənləri təbrik edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə