AHİK-in sədri Polşa səfiri ilə görüşüb - FOTOLAR

AHİK-in sədri Polşa səfiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səttar Möhbalıyev Polşa Respublikasının ölkəmizdəkı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib. SİA xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji xarakterli yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən, ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərdən, qanunverici orqanlar arasında olan münasibətlərin səviyyəsindən, dostluq qruplarının uğurlu fəaliyyətindən, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətindən danışılıb.

Görüş zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi hadisələrdən söz açan Səttar Möhbalıyev bildirib ki, biz heç kəsin torpaqlarını işğal etməmişik, öz torpaqlarımız uğrunda mübarizə aparamışıq.

AHİK-in sədri qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Ermənistan Azərbaycanla əməkdaşlığı qəbul etsə idi neft kəmərləri Ermənistan vasitəsilə Avropaya çıxarılacaqdı. Bu Ermənistanın xeyrinə ola bilərdi, amma o bunların hamısından imtina etdi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə