"Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda Rusiyanın xarici işlər naziri Lavrov və Ukraynanın xarici işlər naziri Kuleba arasındakı danışıqların müəyyən dərəcədə hər ili ölkəyə təsiri olacaq". Bunu SİA-ya açıqlamasında Politoloq İlqar Vəlizadə deyib.
Politoloq İlqar Vəlizadə bildirib ki, bunun Belarusiyada aparılan danışıqlara da çox təsiri olacaq: "Lavrov konkret addımlar ata bilmir. Çünki bu vəziyyət yalnız ondan aslı deyil. Lavrov Rusiyanın mövqeyini açıqlayır. Kulebanın özü də qərar vermək səlahiyyətində deyil. Bu münaqişənin həllinə yalnız Rusiyanın lideri Putin və Ukraynanın lideri Zelenski nail ola bilər. Bütün hallarda Lavrov və Kuleba bir-birləri ilə olan danışıqlarını və mövqelərini siyasi rəhbərlərinə çatdırırlar. Digər tərəfdən hazırda aktual məsələ atəşkəsin əldə olunması və davamlı üzünmüddətli sülh olmasıdır. Bu münaqişə və müharibənin dayanması yaxın vaxtlarda görünmür. Rusiyanın strateji məqsədi bundan ibarətdir ki, Kiyevi ələ keçirsin. Ukraynanın məqsədi isə Rusiya silahlı qüvvələri dayandırsın və öz mövqelərinə geri qayıtsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB