Moskva bəyannaməsi Rusiyanın maraqlarına tam cavab verir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə ilə imzalanmış hərbi-siyasi, müdafiə, qarşılıqlı hərbi yardım və təhlükəsizlik üzrə müttəfiqlik Şuşa Bəyannaməsi Rusiya ilə imzalanmış müttəfiqlik Bəyannaməsindən üstündür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, "Moskva Bəyannaməsinin" 11-ci və 16-cı bəndi Rusiyanın maraqlarına tam cavab verir: “Digər bəndlər iki tərəfin maraqlarına uyğundur. 1-ci bənd sərhədlərin toxunulmazlığı və digər Qarabağla bağlı bəndlərə gəldikdə isə Azərbaycanın maraqlarına cavab verir. Rusiya bunları icra etməlidir.

Türkiyə ilə müttəfiqlik çərçivəsində hərbi bazası Azərbaycanda yerləşməlidir. Azərbaycana qarşı təhdidlər daima Rusiya tərəfindən Ermənistan vasitəsilə olub. Bu təhdidlər aradan qalxmayıb. Hətta bu təhdid Qarabağın özündədir. Azərbaycan imzalanmış Bəyannamədən istifadə edib, silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir. Onda Moskva həqiqi müttəfiqliyini real olaraq göstərsin. Bunu etməyəcəksə, demək Rusiya burada yenə təhdidedici dövlət olaraq qalacaq. Rusiya qonşu ölkədir və Azərbaycan bu ölkə ilə normal əlaqələrin inkişafında daima maraqlıdır və bunu təşviq edir. Lakin Rusiyaya müttəfiq və qarşılıqlı etimad müstəvisində əməkdaşlıq edən qonşu lazım deyil. Rusiyanın siyasətində ona tabe olan ölkə lazımdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə