Müttəfiqlik bəyannaməsi Azərbaycan dövlətinin maraqlarına uyğundur - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən fevralın 22-də Moskva şəhərində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bu bəyannamə Azərbaycan dövləti üçün mühüm əhəmiyyət kəsb edir” Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun fikirlərin görə, müttəfiqlik bəyannaməsinin 1-ci bəndində bu bəyannamənin nə qədər mühüm rol oynadığı ifadə olunub: “Azərbaycan dövlətinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü Rusiya Federasiyası tərəfindən tanınır və bu qarşılıqlı olaraq davam etdirilir. Tərəflər bir-birinin daxili işlərinə qarışmırlar. Zənnimcə, bu çox mühüm bir faktdır. Bununla yanaşı münasibətlərin çoxşaxəli inkişafı üçün müvafiq bəndlər nəzərdə tutulub. Bu münasibətlər bölgədə sabitlik, sülh, əməkdaşlıq şəraiti yaratmaq üçün ölkələrin birgə fəaliyyətində öz əksini tapıb. Yəni Azərbaycan dövlətinin xarici siyasət strategiyasına, Azərbaycanın gələcək inkişaf perspektivliyinə, qonşularla münasibətlərə və bölgədə yaradılan konfiqurasiyalara xidmət edən bir sənəddir. Azərbaycan və Rusiya münasibətləri yeni bir səviyyədə inkişaf edir. Düşünürəm ki, bu Azərbaycan dövlətinin maraqlarına uyğundur. Azərbaycan bu sazişdən irəli gələn zəruri işləri görməkdə maraqlıdır. Eyni zamanda Azərbaycanın gələcəkdə bölgəni sülh, əməkdaşlıq bölgəsinə çevirmək planları üçün də uyğun olan bir sazişdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə