Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə davam edir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanla Rusiya arasındakı münasibətlərdə daima ölkəmizin səmimi mövqeyi müşahidə olunub. Azərbaycan heç vaxt Rusiyaya qarşı hansısa 3-cü tərəflərin siyasi oyunlarında iştirak etməyib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkəmizin Rusiyaya qarşı bu qədər səmimi və dürüst olmasına rəğmən Rusiya tərəfindən Azərbaycana qarşı bəzən bizim narazılığımıza səbəb olan addımlar atılıb: “İndiki məqamda özəlliklə Rusiyadakı erməni maqnatlarının fəallaşdığı və Ermənistandakı ruspərəst revanşistlərin sərsəmlədikləri bir dövrdə Azərbaycanla Rusiya arasında danışıqların əhəmiyyəti olduqca böyükdür.
Cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri və Moskvada hansısa bir müqavilənin imzalanması Rusiyanın Azərbaycana doğru yönəlməsi baxımından müstəna rol oynayır. Azərbaycanla-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya əsas vasitədir. Mən düşünürəm ki, bu səfər çərçivəsində müəyyən iqtisadi, humanitar və digər sahələri də əhatə edən digər anlaşmalar həyata keçə bilər. Bütövlükdə Azərbaycan, Rusiya arasında müəyyən danışıqların olması erməni lobbisinə və Ermənistan kimi Rusiyadan asılı olan bir dövlətin fəaliyyətinin qarşısını almağında da mühüm əhəmiyyətə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB