Mən istərdim ki, Xocalı soyqırımı adına park yaradılsın - DEPUTAT AÇIQLADI
“Azərbaycan torpaqları işğaldan azad olduqdan sonra Xocalı məsələsi beynəlxalq aləmdə daha çox səs sala bilər. Hesab edirəm ki, biz bundan kifayət qədər istifadə etməliyik”. Bu sözləri SiA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, cənab Prezident Xocalı soyqırımı ilə bağlı sərəncam imzalayıbsa, deməli biz bu il 26 fevralda fərqli bir yanaşmanın və mesajın şahidi ola bilərik: “Biz Qarabağda məqsədimizə çatsaq da, sakitləşməməliyik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq və onun dünya ölkələri tərəfindən qəbul olunmasına nail olmalıyıq. Mən çox istərdim ki, Xocalı soyqırımı ilə bağlı park salınsın və ya mövcud parka bu ad verilsin. Bu parkda Xocalı soyqırımında şəhid olan və öldürülən vətəndaşlarımızın adı soyadı qeyd olunaraq onların xatirinə kiçik heykəl qoyulsun. Azərbaycana gələn turistlər və beynəlxalq təşkilatların nümayəndələri də bura gəldiyi zaman bu parkla tanış olaraq erməni vəhşiliklərini unutmayaraq, şəhid olmuş vətəndaşlarımızla tanış olsunlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB