"Son illər ərzində Azərbaycanda enerji infrastrukturu çox peşəkar səviyyədə qurulur. Bizdə rəqəmsal sistemə keçilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, etiraf edək ki, Azərenerjinin gördüyü işlər təqdirəlayiqdir: "Cənab Prezidentin əsas məqsədi Qarabağın infrastrukturunu yaratmaqdır.

Politoloq sözlərinə belə davam edib: "Qobu Enerji Qurşağı çox mühüm əhəmiyyətə malikdir. Abşeron yarımadasını təmin etmək və Azərbaycan enerji satışını həyata keçirmək üçün bu qurşaq mühüm əhəmiyyətə malikdir. Qarabağ yaşıl enerji zonası elan olunub".
Cənab Prezidentin 2004-cü ildə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında əsas məsələdən biri də enerji təhlükəsizliyinin təminatı idi. Azərbaycan hal-hazırda nəinki enerjini təmin edir, hətta enerjini ixrac edən dövlətə çevrilib. Azərbaycan qonşu ölkələrə enerji satmaqla bərabər, iqtisadi inteqrasiya prosesində həyata keçirib. Bütün bunların fonunda Azərbaycan güclü və qüdrətli dövlətə çevrilir. Yaxın gələcəkdə Azərbaycan nəinki Cənubi Qafqazın, bölgənin əsas enerji təhlükəsizlik təminatında rolu olan bir dövlətə çevriləcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB