Gələn qonaqlar gözlərinə inanmadı sən demə, asvaltı da kəsib aparıblar - DEPUTAT MARAQLI FAKTLARI SADALADI
"Mən, Ukrayna millət vəkilləri ilə Ağdamda olmuşam. Gələn qonaqlar gözlərinə inanmadı. Çünki şəhərdən əsər-əlamət yox idi. Bu faşistlər asvaltı da kəsib aparıblar". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bir dənə sağ qalan bina yox idi: "Təbiidir ki, bu şəraitdə bizə böyük yük düşür. Bu həm şərəfli, həm də çətin yükdür. Bunu da cənab Prezidentimiz öz üzərinə götürüb".
Deputat sözlərinə belə davam edib: "Bəli, biz müharibəni qazandıq. İllərdir ki, bu müharibəyə hazırlıq gedirdi. Amma ən böyük imtahanı Azərbaycan indi verir.
Biz bütün məsələləri mərhələ-mərhələ həll edirik. Bu gün Ağdamda böyük inşaat və quruculuq işləri gedir. Bizim aktivliyimizi azaldan oradakı minalardır. Bu da tikinti işlərinə böyük məhdudiyyət yaradır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB