“İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 13 fevral 2022-ci il tarixində Ağdam rayonunda səfərdə olublar. Səfər zamanı cənab Prezident və birinci xanım çox əhəmiyyətli infrastruktur obyektlərinin açılışında iştirak ediblər. Səfər zamanı cənab Prezident verdiyi müsahibəsində bir çox vacib məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, artıq azad edilmiş ərazilərdə istifadəyə verilən yarımstansiyaların sayı 9-a şatıb. İstifadəyə verilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində Ağdam rayonu elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaqdır. Altı evdən ibarət yaşayış kompleksi il yarıma-iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası rayon əhalisinə müasir tələblər səviyyəsində tibbi xidmət göstərməyə imkan yaradacaq. Min nəfər şagird yeri olan məltəb binası tikilir. Ağdama qaz xətlərinin şkilməsi, içməli su ilə təchizat msələləri müvafiq İnvestisiya Proqramında nəzərdə tutulmuşdur. Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər qısa müddət ərzində rayonun yenidən qurulmasına imkan yaradacaq. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkı təkcə bu rayonun deyil, ətraf rayonların da inkişafına imkan yaradacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb: “Bu Mərkəz vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, açılıb-qoşulmalar, tənzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilməsinə imkan yaradır”.
Deputat sözlərinə belə davam edib: “Cənab Prezident müsahibəsində Azırbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu müqavilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərti ilə imzalanmalıdır. Ancaq Azərbaycan xalqı heç vaxt ermənilər tərəfindən törədilmiş vəhşilikləri unutmamalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB