“Bunlar Azərbaycanın müasir dünya ilə ayaqlaşmasından xəbər verir“ - ŞƏRH EDİLDİ
“Son sövlər artıq Azərbaycanda ciddi işlər aparılır. Təkcə “Qobu” Enerji Qovşağı deyil, eyni zamanda bir neçə gün öncə cənab Prezidentin Ağdamda Elektrik Stansiyasının açılışında iştirak etməsi önəmli addımdır. Çünki Azərbaycanın 1 ildən artıq vaxt ərzində torpaqlarını işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yenidənqurma işləri vüsət alıb”. Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, həmin bu yenidənqurma işlərinin tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilər həm minalardan təmizlənir, həm infrastruktur yenidən qurulur: “Bu isə nəticə etibarilə Azərbaycanın enerji məsələlərinə xüsusi önəm verməsindən xəbər verir. Nəzərə alsaq ki, elə Şuşa şəhərinin bir müddət öncə elektriklə təmin edilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərin enerji təminatının təchiz edilməsi Azərbaycanın müasir dünya ilə ayaqlaşmasından xəbər verir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB