Cinayətkarlar ədalət məhkəməsinə cəlb olunmalıdır - MÜNASİBƏT BİLDİRİLDİ
“Cənab Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sərəncam imzalamışdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, bu sərəncam onu göstərir ki, Azərbaycan xalqı insanlığa qarşı törədilən bu cinayəti, Xocalıda vəhşicəsinə öldürülən uşaqları, qadınları, qocaları heç vaxt unutmayacaq: “Azərbaycan yenə də bütün dünyaya Xocalıya ədalət tələbi ilə çıxış edir. Biz istəyirik ki, beynəlxalq hüquq normaları əsasında bu cinayətləri törədən hərbi cinayətkarlar ədalət məhkəməsinə cəlb olunsun və layiqli cəzalarını alsınlar. Çünki belə faicələrin təkrar olunmaması üçün mütləq dünya öz hökmünü verməlidir və cinayətkarlar ədalət məhkəməsinə cəlb olunmalıdır. Azərbaycan heç vaxt qətlə yetirilən vətəndaşlarını unutmayacaq.
Xocalı soyqırımının acısı hər zaman xalqımızın qəlbində yaşayacaq. Xocalıda törədilən cinayətin əsas məqsədi vahimə yaratmaq və etnik təmizləmələr həyata keçirmək idi. Məhz onun üçün də günahsız qadınlar, qocalar, uşaqlar seçilmişdir. Məhz vahimə yaradaraq azərbaycanlıları öz torpaqlarından didərgin salmışlar. Ona görə də Azərbaycan hüquq-mühafizə orqanları da öz tədqiqatlarını dünyaya açmalıdır, müvafiq orqanlara çatdırmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB