Şuşa Bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? - ŞƏRH EDİLDİ

"Ötən ilin 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan və Türkiyə qardaşlığını daha da möhkəmləndirmək üçün qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında sənəd imzaladı ki, bu da Şuşa Bəyannaməsi kimi tarixə düşmüş oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmləndi: "Bu sahədə iki ölkənin Liderinin gördüyü nəhəng işlər dostluğun, qardaşlığın möhkəmlənməsinin məntiqi təzahürüdür".

Deputat sözlərinə belə davam edib: "Şuşa Bəyannaməsi ümumilikdə Azərbaycan-Türkiyə qardaşlığını daha da qüdrətləndirəcək. Türkiyə-Azərbaycan qardaşlığı həyatın bütün sferalarında təsbit olunur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə