Sülhməramlıların xəbərsiz iş görməyi özbaşınalıqdır - SİYASİ EKSPET AÇIQLADI

"Qarabağda həm sülhməramlılar, həm erməni separatçıları özlərini elə aparırlar ki, guya bizim bu bölgəmiz əbədi olaraq onların nəzarətinə verilib. Ancaq məsələ tamamilə bunun əksinədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hər kəs çox yaxşı bilir ki, gec-tez sülhməramlılar orada özlərinin missiyasına uyğun olan fəaliyyətlərini mümkün qədər qısa müddətdə yekunlaşdırıb, bizim ərazilərimizi tərk etməlidir: "Bundan sonra Xankəndi və onun ətrafındakı yerlər ümumiyyətlə keçmiş Dağlıq Qarabağın inzibati sərhədlərində olan və bu gün Azərbaycanın nəzarəti altında olmayan bütün ərazilər Azərbaycanın yurisdiksiyasına qayıdacaq. Məsələ burasındadır ki, sülhməramlılar öz əsasnamələrinə uyğun olaraq müəyyən humanitar aktların həyata keçirilməsi hüququna malikdirlər. Bunu inkar etmək olmaz. Amma məsələ burasındadır ki, Xankəndi və onun ətrafındakı bölgələrə Ermənistanın dövlət büdcəsindən dalbadal maliyyə vəsaitləri ayrılır. Həmin maliyyə vəsaitləri Xankəndidəki qondarma rejiminin məmurları və sülhməramlıların birgə əməkdaşlığı şəraitində sərf olunur.

Dediklərinə görə, bu vəsait müəyyən hallarda ordu infrastrukturlarının yaradılmasına, suyun və enerji xətlərinin çəkilməsinə sərf olunur. Ancaq orada həm separatçıların, həm də sülhməramlıların bu kimi işləri Azərbaycandan xəbərsiz və razılaşmadan həyata keçirmələri sözün həqiqi mənasında özbaşınalıqdır. Qeyd etdiyim kimi çünki Xankəndi və onun ətrafındakı ərazilər gec-tez Azərbaycan yurisdiksiyasına qayıdacaq. Bu gün artıq bilməliyik ki, Xankəndi və onun ətrafında nə kimi su, qaz sistemi yaradıldığını biz bilməliyik və bütün bu işlər Azərbaycanın iqtisadi potensialını və sosial infrastruktur konsepsiyasına uyğun aparılmalıdır ki, gələcəkdə onu Azərbaycanın müvafiq sistemlərinə birləşdirmək mümkün olsun. Ancaq orada ermənilər və separatçılar bu kimi işləri öz başına aparmaqla onlar özlərini bu ərazilərin sahibləri kimi aparırlar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə